La Liqanın 27-ci turunda “Valensiya” “Mestalya”da “Rayo Valyekano”nu qonaq edib.

Düşmə zonasından uzaqlaşmaq uğrunda mübarizə aparan meydan sahibləri görüşdə favorit hesab olunsa da? 10 dəqiqə ərzində qapısında qol görərək ona bəslənən etimadları puç edib. 9-cu dəqiqədə “Rayo Valyekano”nun heyətindən Santi Komesanya hesabı açaraq “Valensiya” azarkeşlərini məyus edib. Təşəbbüsü ələ almağa çalışan “yarasalar” ilk hissədə heç nə ilə yadda qalmayıb. Fasilədən sonra hücumlarının sürətini bir qədər də artıran Ruben Baraxanın futbolçuları nəhayət 82-ci dəqiqədə bərabərlik yaradıb. Castin Kluyvert penaltidən lazımınca yararlanıb: “Valensiya” – “Rayo Valyekano” 1:1.

27 xalı olan “Valensiya” “Espanyol” və “Almeriya” ilə birgə son pillələrdə qərarlaşıb. “Rayo Valyekano” isə 37 xalla 8-cidir.